AZ

Pakistanlılar Ermənistana “axın” edir Sərkisyan

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistan və Qırğızıstan miqrasiya problemi ilə üzləşib.

Axar.az xəbər verir ki, bunu Moskva-Minsk-Bişkek-İrəvan-Astana videokonfransı zamanı Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədr müavini Tiqran Sərkisyan deyib.

Onun hesablamalarına görə, Ermənistan və Qırğızıstanda Hindistan və Pakistandan olan 40-50 min miqrant var.

O əlavə edib ki, AİB bu ölkələrin hakimiyyət orqanları ilə miqrantların izlənməsi proqramlarının hazırlanmasını müzakirə edir.

Qeyd edək ki, Pakistan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması üçün yeni addımlar atılır. Buna görə də pakistanlıların Ermənistana kütləvi gəlişi haqda məlumat mübahisələndirilə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
3
axar.az

4Mənbələr