AZ

Ərdoğandan dünyaya Fələstin çağırışı: Sülh o zaman olacaq ki...

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın “Newsweek” nəşri üçün yazdığı məqalədə beynəlxalq ictimaiyyəti Fələstini tanımağa çağırıb.

Globalinfo.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Ankara atəşkəs və Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək üçün səylərini davam etdirir.

“Ədalətli sülh o zaman mümkündür ki, Fələstin xalqı 1967-ci il sərhədləri daxilində toxunulmaz ərazisi olan və paytaxtı Şərqi Qüdsə çevrilən müstəqil dövlətə sahiblənsin. Bu, Yaxın Şərqdə davamlı sülh və sabitlik üçün vacibdir. Bizim dünya xalqlarına çağırışımız Fələstin dövlətini tanımaqla bağlıdır”, – Ərdoğan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
globalinfo.az

1Mənbələr