Türkiyə ilə Misir arasında "Dostluq dənizi" adlı hərbi təlimlər başlayıb...
"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, Şərqi Aralıq dənizində baş tutan təlimin məqsədi tərəflər arasında ikitərəfli əməkdaşlığın inkişafı və qarşılıqlı əməkdaşlığı gücləndirməkdir.
Sentyabrın 22-də başlayan təlimlər dörd gün davam edəcək.
Bildirilib ki, bu, 13 ildən sonra Türkiyə ilə Misir arasında ilk hərbi təlimdir.
Poliqon.info