Qax rayonunda ağacdan yıxılan Bakı sakini ölüb.

Leqal.info xəbər verir ki, hadisə günorta saatlarında rayonun Çinarlı kəndində qeydə alınıb.

1968-ci il təvəllüdlü, Bakı şəhər sakini Nizami Şəkərəliyev kənd ərazisində qoz çırpmaq istəyərkən ehtiyatsızlıqdan ağacdan yıxılıb. N. Şəkərəliyev Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info