AZ

Hollandiyada polis 15 yaşlı uşağı güllələyib...

Hollandiyanın Rotterdam yaxınlığındakı Capelle aan den IJssel şəhərində velosiped oğurlamaqda şübhəli bilinən 15 yaşlı oğlan polis tərəfindən güllələnərək öldürülüb.

SİA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. ...Faciəli hadisə sentyabrın 21-də McDonald's restoranında çoxsaylı müştərilərin, o cümlədən uşaqların gözü qarşısında baş verib.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Polisin RTL Nieuws telekanalına verdiyi məlumata görə, velosiped oğurlamaqda şübhəli bilinən mərhum yeniyetmə odlu silah gəzdirib və başqalarını onunla hədələyib.

Polis əməkdaşları dəfələrlə ondan silahı yerə qoymağı və hərəkətsiz qalmasını tələb etsələr də, oğlan bu əmrə məhəl qoymayaraq hadisə yerindən qaçmağa cəhd edib və polisə atəş açmağa başlayıb.

Prokurorluq qətlə yetirilən yeniyetmənin üzərindən tapılan silahın həqiqiliyini araşdıracaq.

Rotterdam və Quda sakinləri olan on beş yaşlı iki gənc dəvelosiped oğurluğunda iştirakda şübhəli bilinərək həbs edilib. Onlar həbsdədirlər.

Capelle aan den IJssel administrasiyasının nümayəndəsi telekanala bildirib ki, şəhər sakinləri hadisədən dərin sarsıntı keçiriblər.

...Daha əvvəl xəbər verilmişdi ki, Britaniyada təlim zamanı bir əsgər jurnal səhvinə görə əsgər yoldaşına 23atəş açıb.

Əli Babayev

Seçilən
4
sia.az

1Mənbələr