Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.
Görüşdə Azərbaycan–Aİ münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Siyasi dialoqun gücləndirilməsi, iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi, enerji, nəqliyyat, dayanıqlı inkişaf və humanitar təşəbbüslərdə birgə səylərin artırılması məsələləri diqqət mərkəzində olub.
Tərəflər, həmçinin regional vəziyyət ətrafında fikir mübadiləsi apararaq Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini müzakirə ediblər.