AZ

Fastfoodla bağlı narahatedici FAKTLAR

Şimali Karolina Universitetinin Tibb Məktəbinin alimləri beynə zərərli təsir göstərən yağlı qidalar və fastfoodun mexanizmini aşkar ediblər.

News24.az bu fastfoodla bağlı faktları təqdim edir:

“Biz bilirdik ki, səhv qidalanma beynə mənfi təsir edir, amma konkret bir qrup hüceyrənin bu qədər həssas olacağını gözləmirdik. Xüsusilə təəccübləndirən odur ki, qlükozanın əlçatanlığı azaldıqda onların fəaliyyətinin necə sürətlə dəyişdiyi və bunun yaddaşın işləməsini pozmaq üçün kifayət etdiyini  bilirik".

Söhbət xolesistokinin-müsbət (XÇK) interneyronlardan gedir. RIA Novosti-nin məlumatına görə, bu hüceyrələr hipokampda – yaddaşa cavabdeh olan beyin sahəsində “əyləc” rolunu oynayır. Onların əsas vəzifəsi hipokampın “işçi atları” olan həyəcanlandırıcı piramidal neyronların ritmik fəaliyyətini qorumaqdır.

Piramidal hüceyrələr həddindən artıq aktiv olduqda, informasiya emalı xaotik axına çevrilir. Lakin XÇK-müsbət interneyronların həddindən artıq yüklənməsi əksinə, piramidal hüceyrələrin fəaliyyətini basdırır və hipokampın yeni xatirələr formalaşdırmaq və möhkəmləndirmək imkanını məhdudlaşdırır. Siçanlar üzərində aparılan eksperiment göstərib ki, cəmi dörd gün yağlı qidalarla qidalanma beyində qlükozanın əlçatanlığını azaldır.

Bu, XÇK-müsbət interneyronların həddindən artıq aktivliyinə səbəb olub və artıq çəki və ya diabet simptomları görünməzdən əvvəl belə heyvanların yaddaş testlərində nəticələrini pisləşdirib. Bu prosesdə əsas rol hüceyrələrin istifadə etdiyi qlükoza miqdarını tənzimləyən piruvatkinaza-M2 (PKM2) zülalına məxsusdur.

Qlükoza çatışmazlığı zamanı tarazlıq pozulur və XÇK-müsbət interneyronlar “həddindən artıq yüklənmə” rejiminə keçir. Alimlər vurğulayırlar ki, tədqiqat heyvanlar üzərində aparılsa da, uzunmüddətli yağlı qidalar, o cümlədən fastfudun qəbulu demensiya və Altsheymer xəstəliyi kimi ciddi xəstəliklərin inkişaf riskini xeyli artırır. (Lent.az)


Seçilən
123
1
news24.az

2Mənbələr