AZ

Almaniya Müdafiə Komitəsi: Rusiya qırıcılarının vurulması son çarə olmalıdır

BAKI, 22 sentyabr. TELEQRAF

Qərb sərhədlərini pozduğu iddia edilən Rusiya qırıcılarının məhv edilməsi son çarə olmalıdır.

Teleqraf xəbər verir ki, bunu Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Agnes Strack-Zimmermann "Tagesspiegel" ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Almaniya hərbi hava qüvvələrinin ölkə ərazisinə daxil olan döyüş təyyarələrini məhv etmək vəzifəsi yoxdur: "Rusiya qırıcılarını vurmaq son çarə olmalıdır. Hərbi hava qüvvələrimiz nə vaxt və nə edəcəyini bilir".

Sentyabrın 19-da Estoniya hakimiyyəti Rusiyanı üç Rusiyaya məxsus MiQ-31 qırıcısı ilə ölkənin hava məkanını pozmaqda ittiham edib.

Seçilən
15
2
teleqraf.com

3Mənbələr