AZ

Ərdoğan dünya dövlətlərini Fələstini tanımağa çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya dövlətlərini Fələstini tanımağa çağırıb.

"Report" xəbər verir ki, o, bu barədə ABŞ-nin "Newsweek" nəşrində dərc olunan məqaləsində yazıb.

O bildirib ki, Türkiyə atəşkəsin təmin olunması, humanitar yardımların davamlı çatdırılması və ikidövlətli həll yolu üçün səylərini davam etdirməkdədir: "Ədalətli sülh o zaman mümkündür ki, Fələstin xalqı 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil, ərazisi toxunulmaz dövlətə nail olsun. Bu, Yaxın Şərqdə davamlı sülh və sabitlik üçün vacibdir. Dünya xalqlarına çağırışımız aydındır: Fələstin dövlətini tanıyın".

Seçilən
13
7
qaziler.az

9Mənbələr