AZ

Baş nazir: Gürcüstan Ukraynadakı "Maydan"ın təkrarlanmasına imkan verməyəcək

"Gürcüstan imkan verməyəcək ki, ölkədə “Maydan”la və müharibəyə sürüklənən Ukrayna ssenarisi baş versin".

HİT.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

"Xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilən inqilabdan sonra Ukrayna iki müharibə yaşadı. Təbii ki, biz belə bir ssenarinin ölkəmizdə baş verməsinə imkan verməyəcəyik. Bizim belə bir ssenari üçün resurslarımız yoxdur", deyə o vurğulayıb.

Kobaxidzenin sözlərinə görə, "Maydan"dan sonra Ukrayna tamamilə məhv edilib.

Kobaxidze bundan əvvəl Polşanın keçmiş prezidenti Anjey Dudanın Kiyevin digər ölkələri silahlı münaqişəyə cəlb etmək cəhdi ilə bağlı bəyanatını şərh edib. O xatırladıb ki, Tiflisə Rusiyaya qarşı “ikinci cəbhə” açmaq üçün birbaşa təzyiq edilib. O əlavə edib ki, qapalı qapılar arxasında Gürcüstan “dərin dövlət” nümayəndələri tərəfindən oxşar tələblərlə şantaj edilib.

Samir
 

Seçilən
11
hit.az

1Mənbələr