AZ

Hava dispetçeri iş zamanı yatdı: Təyyarə 18 dəqiqə Aralıq dənizi üzərində dövrə vurdu

Hava dispetçeri iş zamanı yatdı: Təyyarə 18 dəqiqə Aralıq dənizi üzərində dövrə vurdu

Paris-Orly hava limanından qalxan Air Corsica şirkətinə məxsus Airbus A320neo tipli təyyarə Aralıq dənizindəki Ajaccio Hava Limanına yaxınlaşarkən nəzarət qülləsi ilə əlaqə qura bilməyib. Eyni zamanda uçuş-enmə zolağının işıqlarının söndüyü də müşahidə edilib.

Təyyarə təxminən 18 dəqiqə boyunca Aralıq dənizi üzərində dairə vurmaq məcburiyyətində qalıb. Bu müddət ərzində qüllə ilə əlaqə kəsilib, uçuş-enmə zolağı qaranlıq qalıb. Hava limanı yanğın xidməti qülləyə gəldikdə, növbətçi nəzarətçinin yuxuya getdiyi məlum olub.

Aparılan testlər göstərib ki, nəzarətçi spirt və ya narkotik təsiri altında olmayıb. Lakin hadisə qeyri-adi hal kimi qiymətləndirilib və bununla bağlı xidməti araşdırma başlayıb.

Nəhayət uçuş-enmə zolağının işıqları yandırılıb, qüllə ilə əlaqə yaradılıb və təyyarə təhlükəsiz yerə enib. Hadisədə hər hansı bir xəsarət və ya qəza baş verməyib.

Seçilən
2
afn.az

1Mənbələr