AZ

"Masdar" Azərbaycandakı layihələrə yatırılacaq investisiyaların həcmini açıqlayıb

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti Arbaycandakılayihələrə 1,2 milyard ABŞ dolları həcmində investisiyayatıracaq.

Trend xəbərverir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin MDBölkələri üzrə İnkişaf və İnvestisiya rəhbəri Məryəm Al MazroyiBakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumundabildirib.

O xatırladıb ki, "Masdar" Azərbaycanda ilk böyük utility ölçülübərpa olunan enerji layihəsini həyata keçirdi və bu layihə hazırdaartıq demək olar ki, iki ildir fəaliyyət göstərir: "Bu, 230meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasıdır.
"Baku Energy Week" çərçivəsində strateji tərəfdaşımız SOCAR iləbirgə Azərbaycanda əlavə 1 gigavatlıq layihələrin inkişafı üçün çoxönəmli bir razılaşma imzaladıq. Bu layihələrə hal-hazırdatikilməkdə olan iki günəş elektrik stansiyası daxildir. Üçüncülayihə isə 240 meqavatlıq quru tipli külək enerjisi layihəsidir. Bulayihələrlə "Masdar" Azərbaycanda təxminən 1,2 milyard ABŞ dollarıhəcmində investisiya həyata keçirmiş olacaq".

"Masdar" rəsmisi qeyd edib ki, onlar tərəfdaşları ilə birgəölkədə əlavə bərpa olunan enerji layihələrinin inkişafını daaraşdırır: "Xüsusilə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq və yaşılelektrik enerjisinin Avropaya ixracını təmin edən bir koridorunyaradılması təşəbbüsləri çərçivəsində bu imkanlar daha dagenişlənəcək.

Biz bölgədə, o cümlədən Özbəkistanda da fəal fəaliyyətgöstəririk. Özbəkistanda ən böyük investorlarımızdan biriyik vəartıq sözügedən ölkəyə 2 milyard ABŞ dolları həcmində investisiyaqoymuşuq. Bu, 2 giqavatlıq bərpa olunan enerji layihələrini əhatəedir: əsasən günəş enerjisi və 500 meqavatlıq quru tipli küləklayihəsi".

Hazırda Qazaxıstanda da fəal işlədiklərini deyən "Masdar"rəsmisi bildirib ki, burada regionun ən böyük layihələrindən biriolan 1 giqavatlıq quru külək enerjisi layihəsi həyata keçirilir:"Həmçinin 600 meqavat-saatlıq sürətli enerji saxlama sisteminilayihəyə inteqrasiya edirik. Bundan əlavə, bölgədə Gürcüstan,Ermənistan, Tacikistan və Özbəkistan kimi ölkələrdə də əlavəlayihələri araşdırırıq.

Regionda, o cümlədən Özbəkistan, Qazaxıstan və Azərbaycanda,artıq maliyyələşdirilə bilən çərçivələr tətbiq olunub. Buçərçivələr layihələrin inkişafını asanlaşdırır və inkişaf edənlayihələrə DFİ-lərin (Development Finance Institutions)investisiyasını cəlb edir. İndi, məsələn, 600 və ya 200 meqavatlıqlayihə elan etdikdə, kapitala çıxış əldə etmək çox asandır".

Məryəm Al Mazroyi qeyd edib ki, texniki baxımdan diqqətyetirilməsi vacib olan ilk məqam şəbəkə infrastrukturu və onunçevikliyidir: "Çünki bərpa olunan enerji resursları adətən tələbinolduğu yerlərdən uzaqda yerləşir. Bu səbəbdən müasir, rəqəmsal vəbəzi enerji saxlama həllərini (batareya və ya su anbarı saxlamasistemləri) əhatə edən şəbəkə infrastrukturu zəruridir. Bu,layihələrin tətbiqinin sistemin inkişafına töhfə verməsini təminetmək üçün vacibdir.

Digər vacib məqam siyasət, tənzimləmə və çərçivədir. Bərpaolunan enerji layihələri üçün müəyyən hədəflər təyin etmək asandır,lakin çərçivənin effektiv olması, icazə proseslərinin sadə olmasıvə xarici investorları cəlb etmək üçün çoxlu mürəkkəb addımlarıntələb olunmaması daha önəmlidir".

"Son vacib məqam isə bacarıqlar və təchizat zənciridir. Lazımitexniki bacarıqları tapmaq bəzən çətin olur. "Masdar" olaraq bizlayihələrin həyata keçirilməsi və idarə olunmasında yerlibacarıqların inkişafına xüsusi diqqət yetiririk. "Qaradağ" GünəşElektrik Stansiyası layihəsi hazırda 100% Azərbaycan tərəfindənidarə olunur. Biz yerli heyətin layihəni idarə etmək üçün lazımitexniki bacarıqları əldə etməsinə böyük vaxt və səy sərfedirik.

Eyni zamanda, təchizat zənciri də çətinliklərdən biridir. Günəş,külək, batareya saxlama kimi layihələrdə təchizat zəncirindəkiməhdudiyyətlər qiymətlərin artmasına səbəb ola bilər. Bu da bərpaolunan enerji sektorunda hazırda qarşıya çıxan vacib çağırışlardanbiridir", - deyə "Masdar" rəsmisi əlavə edib.

Seçilən
9
2
az.trend.az

3Mənbələr