Bakı. Trend:
Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasıvətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəməprosesində təqsirləndirilən şəxslər vəsatətlərlə çıxış ediblər.
Trend xəbərverir ki, təqsirləndirilən David Manukyan söz alaraq ErmənistanRespublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın (Baş nazirNikol Paşinyan nəzərdə tutulur – red.) şahid qismindəçağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinəqoşulmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən şəxs David Babayan “ATƏT-in Minsk qrupununhəmsədrləri”nin, xüsusilə də səfir Anjey Kaspşikin, habeləErmənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahidqismində cəlb olunmasını hakimdən xahiş edib.
“O adamlar bizi tanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çoxyaxşı şahid olarlar”, - deyə o əlavə edib.
Təqsirləndirilən şəxs Davit İşxanyan vaxtilə Azərbaycanərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının -general Muradov, general Kosabokov, general Anaşkin, generalVolkov, general Lentsov və general Kulakovu burda şahid qismindəcəlb olunmasını məhkəmədən xahiş edib.
“Mənim onlara bir sıra suallarım var. Onlar burda olan 15nəfərlə birbaşa və yaxud bilavasitə əlaqədə olublar. Yenidən təkraredirəm: birbaşa və yaxud bilavasitə. Düşünürəm ki, məhkəmənin dəonlara sualları olar. Əgər alınmasa belə, onların burada iştirakınıvideobağlantı vasitəsilə təmin edəsiniz”, - deyə o əlavə edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibətbildirərək qeyd edib ki, hazırkı mərhələdə ittiham tərəfinin təqdimetdiyi sənədlər tədqiq olunur.
Bundan başqa, adları qeyd olunan şəxslərlə bağlı isə qeyd edibki, məhkəməyə dəvət olunması xahiş edilən həmin şəxslərintəqsirləndirilən şəxslərə verilmiş və hazırda məhkəmədə baxılanittihamlarla əlaqəsi yoxdur.
Odur ki, onların məhkəmədə şahid qismində və ümumiyyətlə hərhansı bir digər şəxs qismində dindirilməsinə zərurətin olmamasıvurğulanıb.
Qeyd olunanlara əsasən dövlət ittihamını müdafiə edən prokurorvəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.
Məhkəmə iclasına sədrlik edən tərəfləri dinləyərək verilmişvəsatətin rədd olunması haqqında qərar qəbul edib.
Qərarı əsaslandıran zaman sədrlik edən qeyd edib ki, müdafiətərəfi vəsatətdə hansı halların araşdırılması, bu hallarınittihamla bağlılığı və s. əhəmiyyət kəsb edən hallarıgöstərməyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.