AZ

Paşinyan Ermənistanda dini “inqilab” hazırlayır Kilsəni içdən dağıtmaq planı işə düşüb

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məlum olduğu kimi, son vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyan ilə onun ən ciddi rəqibi sayılan kilsə arasında münasibətlər getdikcə daha da gərginləşir. Bununla yanaşı, siyasi müxalifət, kilsə və erməni diasporasının Paşinyanın sülh sənədini imzalamaq cəhdlərinə mane olub-olmayacağı da mühüm müzakirə mövzusuna çevrilib.

Bəs bu vəziyyət Ermənistanın siyasi mənzərəsinə və gələcək proseslərə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, Paşinyanla kilsə arasındakı qarşıdurma davam edir:

“Ən son Vətəndaş Müqaviləsi Partiyasının 7-ci qurultayında Paşinyan açıq şəkildə bildirdi ki, erməni kilsəsinin katalikosu (II Qaregin) istefa verməlidir. Hətta o, katalikosun dini adından yox, mülki adından istifadə etdi. Bu, tərəflər arasında gərginliyin hələ də davam etdiyini göstərir.

Bəzi mənbələrə görə, Paşinyan artıq onu devirmək taktikasını dəyişib. Əvvəllər ona qarşı ittihamlar irəli sürülür, kilsənin bəzi nümayəndələri həbs olunurdu. İndi isə bu prosesə daxildən start verilib. Həmin mənbələr iddia edir ki, Paşinyanın artıq alternativ namizədi də var – söhbət Aram Asatryandan gedir. O da II Qareginə qarşı narazıdır. Paşinyan, Aram Asatryanın vasitəsilə Qareginin ictimai nüfuzunu zəiflətməyə çalışır.

Sultan Zahidov

Erməni Apostol Kilsəsi hər zaman Ermənistanın daxili və xarici siyasətinə təsir göstərib. II Qareginin rəhbərliyi dövründə Ermənistanın Azərbaycana qarşı nifrət ritorikasının gücləndiyinin şahidi olduq. Onun açıqlamaları və mövqeyi, iki ölkə arasında sülh prosesinə uyğun gəlmir. Bu baxımdan Paşinyanın onu devirmək niyyəti başadüşüləndir.

Qeyd edim ki, katalikos ömürlük seçilir və onu yalnız kilsə rəhbərliyi fövqəladə iclas keçirərək dəyişə bilər. Paşinyan isə bu prosesdə dövlətin də rolunun olmasını istəyir, lakin Ermənistan Konstitusiyası buna imkan vermir.

Digər tərəfdən, Paşinyan II Qareginin legitimliyini şübhə altına alaraq onun mövqeyini zəiflətməyə çalışır. Gözlənilən odur ki, son “zərbə” yaxın zamanlarda vurula bilər.

Ümumilikdə, kilsə, müxalifət və erməni diasporası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olmağa çalışırlar. Amma Paşinyanı və onun sülh gündəliyini dəstəkləyən qüvvələr də az deyil. Nikol bu maneələri aşmaq üçün müxtəlif siyasi addımlar atacaq”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
globalinfo.az

1Mənbələr