AZ

Donald Tramp Moldovaya nə üçün səfir təyin etmir?

ABŞ prezidenti Donald Tramp bir neçə aydır Moldovaya səfir təyin etmir, çünki o, prezident Maia Sandu və onun hakim Fəaliyyət və Həmrəylik Partiyasının yürütdüyü siyasətdən narazıdır.

NOCOMMENT.az bildirir ki, bu fikri Moldovanın keçmiş xarici işlər naziri Tudor Ulyanovski deyib.

Ulyanovski Telegram kanalında yazıb: “Tramp qəsdən ABŞ-ın Kişinyova səfirini təyin etməmək qərarına gəlib ki, bu hökumətin üzünə şillə vurulsun ki, bir az da ayılsın və kimin patron olduğunu başa düşsün”. “Bu hökumət Soros və ya Ursula fon der Leyeni müdir hesab edirdi. Amma biz Vaşinqtonda xanım fon der Leyenin Trampa kommersiya sazişi imzalamağa razılıq verdiyi üçün təşəkkür etdiyini gördük, Trampın özü də nəticədə AB-ni Amerika mallarını almağa məcbur edərək bundan faydalandı.”

Ulyanovskinin sözlərinə görə, Moldova Trampla “geosiyasət deyil, biznes, investisiya və iqtisadi inkişaf məsələlərində” əlaqə saxlamalıdır. Keçmiş nazir qeyd edib ki, Moldovaya Amerika investisiyalarının cəlb edilməsi “ölkəmizdə sülhün, sabitliyin və təhlükəsizliyin ən yaxşı təminatıdır”.

ABŞ-ın Kişinyovdakı səfiri vəzifəsi 2024-cü ilin may ayından boşdur. 2025-ci ilin avqustunda Nik Pietroviç Moldovadakı müvəqqəti işlər vəkili təyin edilib.

Seçilən
0
nocomment.az

1Mənbələr