AZ

Toto Volff: Mercedes Bakını yaxşı nəticə ilə tərk edir

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mercedes" komandasının rəhbəri Toto Volff "Formula-1" üzrə Azərbaycan Qran-Prisinin yekunlarını qiymətləndirib və komandanın nəticədən razı olduğunu bildirib.

İdman.biz xəbər verir ki, xal sayına görə “gümüş oxlar” yalnız “Red Bull” komandasına uduzub: Corc Rassel ikinci, Kimi Antonelli isə dördüncü yeri tutub.

“Biz həftəsonunu yaxşı keçirdik və Azərbaycandan uğurlu nəticə ilə ayrılırıq. Corcun ikinci yeri ilə yenidən podiuma qayıtmaq xoşdur. Kiminin də komandaya çoxlu xal qazandırması sevindiricidir. Əlbəttə, biz həmişə yalnız qələbəni düşünürük, amma bu nəticə yay fasiləsindən sonra iki çətin yarışdan sonra optimizm yaradır”, – deyə Volff komandanın mətbuat xidmətinə açıqlamasında bildirib.

Volff həmçinin “Williams” və Karlos Saynsı 3-cü yer münasibətilə təbrik edib. O, Antonellinin rəqiblərə yaxınlaşmaq üçün əlindən gələni etdiyini, lakin onların çox sürətli olduğunu vurğulayıb. İtalyan pilotun “Ferrari” və “Red Bull” sürücülərinin edə bilmədiyi manevri gerçəkləşdirərək Liam Lousonu ötməsini də xüsusi qeyd edib.

Komanda rəhbəri xəstə olmasına baxmayaraq, starta çıxaraq podium qazanan Rasselli də tərifləyib: “Cümə və şənbə günü onun ümumiyyətlə trasa çıxacağı bəlli deyildi. Amma o, möhtəşəm nəticə göstərərək öhdəsindən gəldi”.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
icma.az

2Mənbələr