AZ

Ərdoğanın Vaşinqton səfərinin PƏRDƏARXASI: ABŞ və Türkiyə arasında nə baş verir?

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri, xüsusilə də BMT Baş Assambleyasında iştirak etməsi, həm ikitərəfli münasibətlər, həm də regional proseslər baxımından əhəmiyyətli məqamlar doğurur. İlk növbədə, Ankara ilə Vaşinqton arasında uzun müddətdir mövcud olan ziddiyyətli məsələlərin , müdafiə sənayesi, F-16-lar, S-400 sistemləri və Suriya siyasəti kimi mövzuların müzakirəyə çıxarılması gözlənilir. Bu görüşlər Türkiyə-ABŞ münasibətlərinin gələcək istiqamətini müəyyənləşdirə biləcək mühüm platforma rolunu oynaya bilər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Züriyə Qarayeva səsləndirib:

50

“Digər tərəfdən, Ərdoğanın beynəlxalq tribunalarda etdiyi çıxışlar yalnız ikitərəfli münasibətlər deyil, həm də regional balans üçün əhəmiyyətlidir. Xüsusilə, Cənubi Qafqazda baş verən hadisələr fonunda Türkiyənin mövqeyi həm Ermənistan, həm də Azərbaycan üçün dolayı siqnal xarakteri daşıyır. Ankara hər zaman Azərbaycanın yanında olduğunu göstərib və bu xəttin davam etdirilməsi regional sabitlik və sülh təşəbbüslərində mühüm rol oynayır”.

Ekspert vurğulayıb ki, səfərin pərdəarxasında Türkiyənin qlobal güclər arasında öz mövqeyini daha da möhkəmləndirmək istəyi dayanır.

“Ərdoğanın ABŞ-da keçirəcəyi ikitərəfli görüşlər və beynəlxalq çıxışlar həm daxili auditoriya, həm də xarici tərəfdaşlara mesaj xarakteri daşıyır. Beləliklə, bu səfər təkcə diplomatik müzakirələrlə məhdudlaşmır, həm də Türkiyənin regional və qlobal güc kimi öz mövqeyini qorumaq strategiyasının bir hissəsidir”.

Seçilən
1
50
turkustan.az

10Mənbələr