(®) Azercell müştərilərinə gündəlik sifarişlərdə rahatlıq və daha əlverişli xidmət imkanları təqdim edən yeni kampaniyaya start verir. Kampaniya çərçivəsində abunəçilər 3 ay müddətində ödənişsiz “Wolt+” abunəliyindən faydalana biləcəklər.
“Wolt+” abunəliyi istifadəçilərə restoran və mağazalardan pulsuz çatdırılma, “take away” sifarişlərinə 10% endirim və eksklüziv təkliflərdən yararlanmaq imkanı verir, gündəlik sifarişləri daha səmərəli və rahat edir.
Kampaniyadan faydalanmaq üçün Azercell tətbiqində yerləşən “Wolt+” bannerinə klik edərək promo kodu aktivləşdirmək kifayətdir.
Ətraflı məlumat üçün: Wolt+ kampaniyası | Azercell