AZ

Ağdamda "Konstitusiya və Suverenlik İli" çərçivəsində "27 sentyabr qürur günümüzdür" adlı tədbir təşkil olunub

22 sentyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ağdam Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatı birgə təşkilatçılığı ilə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsdə "27 sentyabr qürur günümüzdür" adlı tədbir təşkil olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin direktoru Neymət Rüstəmli, YAP fəalları, kollecin müəllim və tələbə kollektivi iştirak etmişlər. Əvvəlcə iştirakçılar Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş xatirə lövhəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Tədbirin əvvəlində Dövlət Himni səsləndirilmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin direktoru Neymət Rüstəmli və digər natiqlər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın keçdiyi şərəfli yoldan, bu siyasətin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin apardığı düşünülmüş, məqsədyönlü və ardıcıl siyasətdən, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən bəhs etmişlər.

O da vurğulanıb ki, ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti sayəsində hərtərəfli inkişaf edən Azərbaycan, öz gücü hesabına suverenliyinə və ərazi bütövlüyünə nail olub.

Daha sonra iştirakçılar Vətən müharibəsi şəhidi Elçin Quliyevin atası Quliyev Rövşəni müalicə aldığı xəstəxanada ziyarət etmiş, müalicəsinin gedişi ilə maraqlanmışlar. Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

    

Seçilən
21
yeniazerbaycan.com

1Mənbələr