AZ

İZİA ilə “China Datang Overseas Investment Co.” arasında Abşeron yarımadasında Yaşıl Enerji Sənaye Parkının yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb

İZİA
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə "China Datang Overseas Investment Co." arasında Abşeron yarımadasında Yaşıl Enerji Sənaye Parkının yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. 1news.az xəbər verir ki, bu əməkdaşlıq bərpaolunan enerji istehsalı, təmiz texnologiyalar və sənaye infrastrukturunun inkişafı sahəsində uzunmüddətli tərəfdaşlığı nəzərdə tutur. Sənədi İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “China Datang Overseas Investment Co.” şirkətinin baş direktoru Yuanlong Zhou imzalayıblar.
“Improtex Group” şirkəti ilə MAN Truck & Bus şirkəti arasında Azərbaycanda elektrik avtobuslarının yığılması üzrə Müqavilə imzalanıb. Müqaviləni iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, “Improtex Group”un prezidenti Füzuli Ələkbərov və MAN Truck & Bus şirkətinin nümayəndəsi imzalayıblar. Dünya İqtisadi Forumu ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO arasında Assosiativ Mərkəz Tərəfdaşlığı (Üzvlük) Müqaviləsi imzalanıb. Müqaviləni AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Dünya İqtisadi Forumunun beynəlxalq ticarət və investisiya siyasəti və icmalar üzrə rəhbəri Metyu Stivenson imzalayıblar.

Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu ilə ACWA Power şirkəti arasında birgə bilik və təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb Sənədi Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşov və ACWA Power şirkətinin Azərbaycan və Türkiyə üzrə ölkə üzrə baş meneceri Selim Güvent imzalayıblar.

Seçilən
12
5
1news.az

6Mənbələr