AZ

Keyt Middleton ictimai öhdəliklərdən imtina etdi: Səbəblər açıqlandı

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uels şahzadəsi Keyt Middleton uzun sürən xərçəng müalicəsindən sonra gücünü bərpa etmək üçün bir daha ictimai tədbirlərdən uzaq qalmağa qərar verib.

Qayanrinfo "Radar Online" nəşrinin yazdığına görə, şahzadə hazırda müalicənin təsirlərini hələ də hiss edir. O, son aylarda Trooping the Colour mərasiminə və Uimbldon tennis turnirinə qatılıb, lakin Royal Ascot yarışlarını və II Dünya müharibəsində Yaponiyaya qarşı qələbənin 80 illiyi ilə bağlı tədbirləri buraxıb.

Mənbələrin bildirdiyinə görə, Middleton qapalı qapılar arxasında emosional yorğunluqla mübarizə aparır və tez-tez halsız olur. Şahzadənin həkimləri və ailəsi ona bərpa prosesi üçün daha çox vaxt ayırmağı tövsiyə edirlər.

2024-cü ilin sentyabrında Keyt Middleton kimyaterapiya kursundan sonra remissiya dövrünə keçdiyini açıqlamışdı. Lakin mənbələrə görə, şahzadə hələ də gücünü diqqətlə bölüşdürməyə məcburdur. O, yeni tədris ilinin başlanğıcı ərəfəsində rəsmi tədbirlərdən kənar qalaraq, övladları – şahzadə Corc, şahzadə Şarlotta və şahzadə Lui ilə daha çox vaxt keçirmək istəyib.

Kraliyyət mənbələrinin bildirdiyinə görə, Middleton həm də bərpasına diqqət yetirir, çünki 76 yaşlı kral III Çarlzın səhhəti ilə bağlı vəziyyət ciddi narahatlıq doğurur. "Kral Çarlzın daha uzun müddət taxtda qalması ümid olunur, lakin onun solğun və yorğun göründüyü inkar edilə bilməz", deyə mənbələr bildiriblər.

Qeyd edək ki, III Çarlz vəfat etdiyi halda taxta onun böyük oğlu - şahzadə Uilyam çıxacaq. Onun həyat yoldaşı Keyt Middleton isə kraliça titulunu alacaq.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
qaynarinfo.az

1Mənbələr