AZ

Erməni deputat: Petrosyan sülhə nifrət edir, çünki...

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Birinci prezidentin son zəhərli çıxışı ilə bağlı yalnız bir şeyi demək olar: o, sülhə nifrət edir. Çünki onu özü  deyil, Paşinyan gətirib”.

“Cebheinfo.az”-ın məlumatına görə, bunu hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Arusyak Culhakyan özünün “Facebook” səhifəsində yazıb.

“Qalanları birinci prezidentə xas olandır. Bundan artıq heç nə deyil”, - deyə Culhakyan yazıb.

Qeyd edək ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün sosial şəbəkədəki paylaşımında qeyd edib ki, Paşinyanın “əqli uçuşu” və həyasızlığı sərhəd tanımır:

"Ermənistanın müstəqilliyinin ildönümü Paşinyan üçün heç bir halda bayram deyil. O, bu müstəqilliyə nifrət edir. Çünki bunu o yox, başqaları gətirib”.

Müşfiq Abdulla 

 “Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr