AZ

Kərim Vəliyev belaruslu həmkarı ilə görüşdü


Belarus Respublikasında işgüzar səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 22-də bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran mövzular barəsində də ətraflı fikir mübadiləsi aparıblar.

ZÜMRÜD

Seçilən
30
18
baki-xeber.com

10Mənbələr