AZ

Son 6 ildə Azərbaycanın qeyri-neft ixracı iki dəfə artıb

Azərbaycanın qeyri-neft ixracı son 6 ildə iki dəfə artıb.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, hələ də ÜDM-də, ixracda neft və qazın böyük payı var.

“Bununla yanaşı, son 6 ildə qeyri-neft ixracı təxminən iki dəfə artıb. Sənaye zonalarında 170-dən çox müəssisə fəaliyyət göstərir, 4 milyard dollardan artıq sərmayə yatırılıb və 10 mindən çox iş yeri yaradılıb. Əvvəllər qeyri-neft ixracımız əsasən kənd təsərrüfatı məhsullarından ibarət idi. İndi isə emal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının payı daha çoxdur. Rəqabətqabiliyyətli sənaye yaratmaq üçün innovasiya və texnologiya həlledici əhəmiyyət daşıyır”, - deyə nazir müavini diqqətə çatdırıb.

AZƏRTAC

Seçilən
3
5
vergiler.az

6Mənbələr