[center][/center]Türkiyəli müğənni Mabel Matiz barəsində cinayət işi başlanılıb.
Ölkənin Daxili İşlər Nazirliyinin müraciəti əsasında İstanbul Cümhuriyyət Baş Prokurorluğunda cinayət işi başlanılıb.
“Əxlaqsızlıq” maddəsi üzrə ittiham olunan sənətçi ifadə vermək üçün bu gün məhkəməyə gedib. Buna səbəb müğənninin “Perperişan” mahnısının sözlərinin türk ailəsinin adət-ənənələrinə zidd olmasıdır.
Xatırladaq ki, bir müddət öncə Mabel Matizin yeni mahnısı “Perperişan”a rəqəmsal platformalarda girişin bloklanması ilə bağlı xəbərlər yayılmışdı. Qeyd olunmuşdu ki, Ailə və Sosial Xidmətlər Nazirliyi bununla bağlı Ankara Növbətçi Sülh Cəza Məhkəməsinə müraciət edib. Buna səbəb mahnının məzmunun ailə dəyərlərinə zərər verə bilməsidir.