AZ

Smartfon və rəqəmsal cihazlardan istifadəyə dair QƏRAR: Oktyabrın 1-dən qüvvəyə minəcək

Yaponiyanın Aiçi prefekturasının Toyoake şəhəri sakinlərə gündəlik smartfon və rəqəmsal cihazlardan istifadənin iki saatla məhdudlaşdırılmasını tövsiyə edən qərar qəbul edib.

Publika.az xəbər verir ki, şəhər şurasının qərarı Səhiyyə Nazirliyinin sağlam yuxu qaydalarına əsaslanır.

Qaydalara görə, ibtidai sinif şagirdləri saat 21:00-dan, orta və yuxarı sinif şagirdləri isə 22:00-dan sonra cihazlardan istifadəni dayandırmalıdırlar.

Sərəncam valideynlərə də evdə texnoloji istifadə ilə bağlı qaydalar təyin etməyi tövsiyə edir.

Seçilən
13
publika.az

1Mənbələr