AZ

Leysan yağışları Astarada fəsadlar yaratdı - FOTOLAR

Astarada davam edən leysan yağışı fəsadlar yaradıb.

"Cebheinfo.az" xəbər verir  ki, “Qafqazinfo”nun məlumatına görə, çaylarda suyun səviyyəsi artıb, ucqar dağ kəndlərində sel suları yollara, körpülərə zərər vurub.

Torpaq sürüşməsi nəticəsində Niləşə kəndində 100 metrə yaxın torpaq sürüşərək ətrafdakı evlər üçün təhlükə yaradıb.

Kənd sakini Günay Ruhşanovaya məxsus həyətyanı sahədə sitrus meyvələri və toyuq-cücə torpaq altında qalıb.

Ərazinin daxil olduğu Siyakü bələdiyyəsindən bildirilib ki, hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır.

"Cebheinfo.az"

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr