AZ

DİN-də III MDB Oyunları ilə bağlı əməliyyat müşavirəsi keçirilib

Sentyabrın 22-də Daxili İşlər Nazirliyində (DİN) ölkəmizdə keçiriləcək III MDB Oyunları müddətində ictimai asayişin mühafizəsinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi olub.

Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müşavirədə nazir general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.

“2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” elan edilən Gəncədə və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək III MDB Oyunları müddətində gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyi qeyd olunub.

Nazir Vilayət Eyvazov ölkəmizin ev sahibliyi edəcək bu əhəmiyyətli idman tədbiri ərəfəsində və günləri zamanı da iştirakçıların, azarkeşlərin, qonaqların və xarici media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi, oyunların keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, buraxılış məntəqələrində təhlükəsizliyin gücləndirilməsi, eləcə də insanların rahat, maneəsiz hərəkət etmələri üçün əlverişli şəraitin təmin olunması barədə tələb və tövsiyələrini diqqətə çatdırıb.

Seçilən
23
31
azerbaijan-news.az

10Mənbələr