AZ

Avstraliya 3 nəfərin ölümünə səbəb olan telekommunikasiya qəzalarını araşdırır

Avstraliya 3 nəfərin ölümünə səbəb olan telekommunikasiya qəzalarını araşdırır

Avstraliya hökuməti ölkənin ikinci ən böyük telekommunikasiya şirkəti Optus-un şəbəkələrində keçən həftə baş verən və təcili zənglərin yönləndirilə bilməməsi səbəbindən 3 nəfərin həyatını itirməsinə səbəb olan kəsintiyə görə araşdırma başladıb.

Avstraliya Yayım Korporasiyasının (ABC) xəbərinə görə, Optus-un şəbəkələrində 18 sentyabrda baş verən və bir çox ştatda yüzlərlə zəngin edilməməsinə səbəb olan kəsinti itkilərin ardından rəsmiləri hərəkətə gətirib.

Hökumətə bağlı Avstraliya Media və Telekommunikasiya İdarəsi 13 saatdan uzun davam edən və bu müddət ərzində təcili çağırışların ötürülməməsi səbəbindən 3 nəfərin həyatını itirdiyi kəsinti ilə bağlı araşdırma başladıb.

İdarə rəsmiləri bildirib ki, kəsintidən problemin aradan qaldırılmasına qədər məlumatlandırılmayıblar və bu, prosedura ziddir.

Avstraliya Telekommunikasiya Naziri Anika Vells jurnalistlərə açıqlamasında deyib ki, Optus Avstraliya xalqını yarı yolda qoyub və şirkət ciddi nəticələrlə üzləşəcək.

Optus-un şəbəkələrində 2023-cü ildə də genişmiqyaslı bir kəsinti baş verib, 2 mindən çox insan təcili zəng xidmətinə çıxış edə bilməmişdi.

Şirkət 2022-ci ildə də 10 milyon müştərisinin məlumatlarının kompüter hakerləri tərəfindən oğurlandığını açıqlamışdı. Bu hadisə şirkətin təhlükəsizlik sistemlərində ciddi boşluqlar olduğunu ortaya qoymuşdu və həm müştərilər, həm də hakimiyyət orqanları tərəfindən tənqid olunmuşdu.

Seçilən
19
afn.az

1Mənbələr