AZ

“İmişli” yenə qələbə qazandı, “Karvan Yevlax” yenə darmadağın oldu

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Karvan-Yevlax – İmişli 0:3 (0:2)1. Kamran İbrahimov - 4,02. Şakil Sno - 4,532. Elvin Yunuszadə (k) - 4,54. Olavale Doyeni - 4,58. Peter Kinqs - 4,5(11. Kayl Spens, 60) - 4,012. Vitor Roşa - 3,5(33. Eltun Turabov, 24) - 4,56. Vadim Abdullayev - 4,5(42. İbrahim Qədirzadə, 60) - 4,577. Əli Abdullayev - 4,0(37. Mois Nqvisani, 46) - 4,019. Tompson Qavi - 4,510. Samuel Durrant - 5,0(22. Qabil Əlizadə, 81) - qiymətsiz14. Uğur Cahangirov - 3,5Ehtiyat oyunçular25. Əmrah Bulud18. Süleyman Əhmədov13. Vüsal Məsimov5. Nika Çaçaşvili3. Said İranxan21. İmani BarkerBaş məşqçi: Azər HəşimovKomandanın ən yaxşısı: Samuel Durrant33. Andrey Sinenka - 6,029. Edvin Banquera – 6,519. Azər Salahlı (k) - 6,523. Luis Silvestr - 6,014. Ronaldo Rodriqes - 6,044. Həzrət İsayev - 7,06. Yau Mozes - 6,0(17. Ezekiel Morqan, 65) - 5,021. Abbas Ağazadə - 6,0(5. İdris İnqilablı, 79) - qiymətsiz10. Nikola Karaklaiç - 6,0(77. Elmir Rəhimzadə, 85) - qiymətsiz7. Juninyo - 5,5(11. Vüsal Qənbərov, 65) - 5,09. Dioqo Almeyda - 6,5(22. İbrahim Əliyev, 85) - qiymətsizEhtiyat oyunçular1. Hüseynəli Quliyev99. İmam Əli97. Xəzər Mahmudov3. Tuncay YusifliBaş məşqçi: Jorj KaşkilyaKomandanın ən yaxşısı: Həzrət İsayevQollar: D.Almeyda, 13 (0:1, Juninyo). E.Banquera, 15 (0:2, H.İsayev). A.Salahlı, 80 (0:3, İ.İnqilablı).Vərəqələr: E.Turabov, 53 (hakimin qərarına etiraz). K.Spens, 63 (qeyri-idman hərəkəti). E.Yunuszadə, 71 (qeyri idman hərəkəti - sarı.Hakimlər: ELVİN BAYRAMOV, Vüsal Məmmədov, Eyyub İbrahimov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).VAR hakimi: İnqilab Məmmədov (Bakı).VAR hakiminin köməkçisi: Namiq Hüseynov (Bakı).Hakim-inspektor: Orxan Məmmədov (Bakı).AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).19 sentyabr. Şamaxı. Şəhər stadionu. 200 tamaşaçı (2200 yerlik).Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.Oyunun qiyməti: 5,5Son turda “Karvan-Yevlax”ın bi stadionda darmadağın olması, “İmişli”nin qalmaqallı məğlubiyyəti və hər iki komandanın ötən mövsüm 1-ci liqada mübarizə aparması bu oyuna maraq qatan məqamlardan idi. Ancaq oyun başlayandan sonra aydın oldu ki, biz mübarizənin maraqlı olub-olmadığını görmək əvəzinə “İmişli”nin dominantlığına şahidlik edəcəyik. 5-ci dəqiqədə Həzrət İsayevin başla ötürməsindən sonra Karaklaiçin zərbəsi alınmadı. Buna baxmayaraq, hücumlar dayanmadı. 13-cü dəqiqədə standart vəziyyətdən sonra Juninyonun ötürməsini Almeyda qola çevirdi. Bundan sonra nominal ev sahiblərinin hücumları gözlənilsə də, əksi baş verdi. Qonaqlar növbəti hücumda növbəti qolu vurdu. Həzrətin ötürməsindən sonra Banquera fərqləndi. 29-cu dəqiqədə Karaklaiç uzaqdan qapını yoxladı, Kamran sayıqlığı itirmədi. İlk hissədə başqa hücum olmadı. İkinci hissə isə aşağı tempdə keçdi. Sanki elitanın yox, 1-ci liqanın oyunu idi. 52-ci dəqiqədə Karaklaiçin ötürməsindən sonra Almeyda qapıya zərbə endirdi, Kamran yaxşı oynadı. 61-cı dəqiqədə, nəhayət, yevlaxlılar da “dişini göstərdi”. Durrant 25-27 metrdən qapını yoxlasa da, “çərçivə”yə düşə bilmədi. “İmişli” sonda 3-cü qolu da vurdu. İdrisin ötürməsindən sonra Azər başla topu qapıdan keçirdi. Daha sonra yenidən “1-ci liqaya qayıtdıq”. “Karvan-Yevlax” ardıcıl üçüncü oyunda məğlub oldusa, “İmişli” ardıcıl üçüncü dəfə meydandan qalib ayrıldı. Düzdü, bu qələbələrdən biri sonradan texniki məğlubiyyətə çevrilib. Gözdən qaçmadı* Vitor Roşa erkən əvəzlənməyə görə Azər Həşimova iradını bildirdi.* “İmişli”nin baş məşqçisinin mətbuat konfransı 20-25 dəqiqə gec başladı.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
icma.az

2Mənbələr