AZ

Barəsində cinayət işi açılan Mabel Matiz dindirildi - VİDEO

Barəsində cinayət işi açılan türkiyəli məşhur müğənni Mabel Matiz (əsl adı Fatih Karaca) dindirilib.

Ölkə.Az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin cinayət işi üzrə şikayətindən sonra Matiz polisin müşayiəti ilə məhkəmə binasına gedib.

Qeyd edək ki, Mabel Matizin“Perperişan” mahnısının sözləri ilə bağlı ədəbsizlik ittihamı ilə Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsi ilə istintaq başladılıb.

Ailə və Sosial Xidmətlər Nazirliyinin müraciətindən sonra mahnıya giriş bloklanıb.

Mahnının məzmununun ailə institutuna xələl gətirə biləcəyi, uşaq və gənclərin əqli inkişafına mənfi təsir göstərə biləcəyi, ictimai asayişi pozacağı və cəmiyyətdə hiddət doğura biləcəyi bildirilib.

Billurə
 

Seçilən
1
1
olke.az

2Mənbələr