AZ

Zəncirvari yol qəzası oldu, ölənlər var

Türkiyənin Mersin şəhərində zəncirvari yol qəzası olub.

Bu barədə Avtosfer.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Mut rayonunda 3 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım və jandarm əməkdaşları cəlb edilib. Yaralılar Mut Dövlət Xəstəxanasına aparılıb.

Qeyd edilir ki, ölən şəxs sürücüdür.

Qəzanın başvermə səbəbi açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Seçilən
22
avtosfer.az

1Mənbələr