AZ

Şəkər xəstəsi müayinəyə getdi, kardioloq və qastroenteroloqun pullarını oğurladı

Abşeron Rayon Mərkəzi Xəstəxanasında oğurluq hadisəsi baş verib.

Moderator.az “Qaynarinfo.az”a istinadən xəbər verir ki, hadisə kardiologiya və stomatologiya şöbəsində olub. 

Naməlum şəxs kardiologiya şöbəsində həkim-kardioloqun otağından 450 manat pul və zərərçəkmişə məxsus 2 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi və  stomotologiya şöbəsindən isə 450 manat dəyərində "Xiaomi Redmi 11 Pro Max" markalı telefon oğurlayıb. 


Hadisə barədə hüuq-mühafizə orqanlarına müraciət edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli blinən Qoşqar Dəmirov (ad və soyad şərtidir) saxlanılıb. Məlum olub ki, şəkər xəstəsi olan Qoşqar Dəmirov Abşeron Rayon Mərkəzi Xəsətəxanasına müraciət edib. Onu başqa xəstəxanaya yönəldiblər. 

Qoşqar Dəmirov isə isə pulu olmadığına görə oğurluq etmək qərarına gəlib və bu əməli əvvəlcə kardilogiya şöbəsində, daha sonra isə stomologiya şöbəsində törədib. İstintaqla müəyyən edilib ki, o, həmçinin "Lab Center" klinikasında da oğurluq edib. Orada çalışan qastroenteroloq-həkimin birinin 624 manat pulunu oğurlayıb. 

Qoşqar Dəmirova Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 326.2-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılıb. Qoşqar Dəmirov məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, məhkəmənin hökmü ilə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. 

Seçilən
6
2
moderator.az

3Mənbələr