AZ

Ermənistanın hakim partiyası: Petrosyan Azərbaycanla sülh istəmir

BAKI, 22 sentyabr. TELEQRAF

“Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Azərbaycanla ölkəmiz arasında sülh istəmir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Arusyak Culhakyan deyib.

“Birinci prezidentin son açıqlaması ilə bağlı yalnız bircə söz var: o, sülhə nifrət edir, çünki onu Ermənistana o yox, Paşinyan gətirib. Bu, birinci prezidentə xas nifrət və boş sözlərdir”, - deputat bildirib.

Xatırladaq ki, Levon Ter-Petrosyan bundan öncə Baş nazir Nikol Paşinyanın Ermənistanı müstəqil görmək istəmədiyini iddia edib: “Müstəqilliyin ildönümü Paşinyanın bayramı deyil. Çünki o, həmin müstəqilliyə nifrət edir, çünki onu o yox, başqaları gətirib”.

Seçilən
5
3
teleqraf.com

4Mənbələr