Ölkədəki universitetlərinin müəllim heyəti bu qərardan narahatdırlar. Adının gizli saxlanması şərti ilə telekanala müsahibə verən professor vurğulayıb ki,iranlı müəlliflərin əsərlərinin tədris proqramlarından çıxarılması nəticəsində yaranan boşluğu doldurmaq "qeyri-mümkündür".
"İranlı müəlliflərin, tərcüməçilərin əsərləri Əfqanıstan universitetlərini dünyanın akademik ictimaiyyəti ilə birləşdirən körpü rolunu oynayır. Onların qadağa siyahısına salınması ali təhsilə böyük zərbədir",- o söyləyib.

(Əfqanıstanda bir universitetin kitabxanası)
İran və Əfqanıstanın münasibətləri son illərdəsu ehtiyatları ilə əlaqədar mübahisələrvə toqquşmalar ucbatından gərgindir. Eyni zamanda,Tehrancəmiyyətdə Əfqanıstan vətəndaşlarına nifrətin artması fonunda cari ilin yanvar ayından bəri1,5 milyondan çox əfqanı öz ölkələrinə qovub.
![]() |
"Taliban" qadınların qələmini də əllərindən alır |
Əfqanıstanda "Taliban" hökumətinin tədris proqramını dəyişməsi çərçivəsində həmçininqadın müəlliflərin yazdıqları əsərlər də yasaqlanıb.Qadağa siyahısındakı 679 kitabdan təqribən 140-ı məhz qadın müəlliflərə məxsusdur. Ölkədə "şəriət qanunlarına zidd sayılan" 18 fənn, o cümlədən insan hüquqları, cinsi qısnama və bir sıra digər mövzu da proqramdan çıxarılıb.
Xatırladaq ki, 2021-ci ilin 15 avqustunda Əfqanıstanda yenidən iqtidara gələn radikal"Taliban" hərəkatıölkədə müxtəlif sahələrdə məhdudiyyətlər, qadağalar irəli sürüb. Bu çərçivədə son həftə ali lider Heybətulla Axundzadənin əmrinə əsasən, 10 əyalətdə "əxlaqsızlığın qarşısını almaq" məqsədilə fiber-optik internet yasaqlanıb.
Firudin Həmidli
AzVision.az