AZ

Misir İsrailə qarşı "Ərəb NATO"su ideyasını irəli sürür

Ərəb dünyasında Misir İsrailin Fələstinin bir hissəsini ilhaq etməsi ilə bağlı açıqlamalarına cavab olaraq “Ərəb NATO-su” ideyasını təbliğ edir.

Qaziler.az xəbər verir ki, bu barədə senator Vladimir Cabarov “Telegram” kanalında məlumat verib.

"İsrail daha ciddi reaksiyanı Avropadan deyil, Qəzzada baş verənlərdən dolayı güclü mənfi reaksiyanın olduğu ərəb dünyasından gözləyir. İsrail, şübhəsiz ki, region ölkələri ilə böyük problemlərlə üzləşəcək. Sadə insanlar isə bütün bunlarla, bəlkə də, onilliklər boyu mübarizə aparmalı olacaqlar", - o vurğulayıb.

Cabarovun sözlərinə görə, Misir artıq “Ərəb NATO-su”nun yaradılması ideyasını irəli sürür. Ərəb liderləri "israillilərə qarşı mübarizə" üçün hərbi koalisiya ideyasını ciddi şəkildə müzakirə edirlər.

Cabarov qeyd edib ki, bu fonda İsrailin Baş naziri Benyamin Netanyahu öz hakimiyyətini saxlamaqdan çox narahatdır.

QAZİLER.AZ

Seçilən
11
2
qaziler.az

3Mənbələr