AZ

Rusiya vətəndaşlığı almış əcnəbilərə iki həftə vaxt verilə bilər

Rusiya hökuməti vətəndaşlığına yiyələnmiş şəxslərin hərbi qeydiyyatdan yayındığı təqdirdə vətəndaşlıqdan məhrum olunmasını dəstəkləyib.

Bu barədə TASS agentliyi rəsmi sənədlərə istinadla məlumat yayıb.

Bildirilir ki, Vahid Rusiya Partiyasının deputatları tərəfindən hazırlanan qanun layihəsi "Vətəndaşlıq haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklikləri nəzərdə tutur.

Sənədə əsasən, vətəndaşlığı əldə edən şəxs iki həftə ərzində hərbi komissarlığa müraciət etməli və ya bir həftə ərzində "Qosusluqi" portalı vasitəsilə ərizə verməlidir. Əks halda, onun hərbi qeydiyyatdan yayınması faktı təsbit ediləcək və beş iş günü ərzində müvafiq qərar qəbul olunması üçün daxili işlər orqanına göndəriləcək. Lakin şəxs 30 gün ərzində hərbi komissarlığa müraciət edərsə, qərar ləğv ediləcək.

Qanun layihəsi, həmçinin vətəndaşlığı itirən şəxslərin yaxınlarını, o cümlədən uşaqları da əhatə edə bilər.

Bununla belə, ikinci valideyn hələ də Rusiya vətəndaşıdırsa və ya övladı uşaq evində yerləşdirilibsə, istisnalar nəzərdə tutulub. Eyni zamanda, hərbi xidmət veteranları, dövlət mükafatları almış şəxslər və dövlət sirri ilə tanış olan şəxslər və onların ailə üzvləri vətəndaşlığını saxlayacaq.

Vətəndaşlıqdan məhrum edilən şəxs onun qaytarılması üçün ən azı üç il gözləməli olacaq. Bununla belə, humanitar səbəblərdən bəzi şəxslər üçün fərqli müddətlər tətbiq oluna bilər.

Hökumət layihəni dəstəkləyib, lakin bir sıra təkmilləşdirmələrin nəzərə alınmasını şərt kimi qoyub.
Seçilən
12
3
7news.az

4Mənbələr