İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi və "China Datang Overseas Investment Co." şirkəti arasında ölkədə "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.
Far.Az report-a istinadən xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.
Sənədi Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Çin şirkətinin baş meneceri Yuanlong Zhou imzalayıb.
Parkın əsas məqsədi bərpa olunan enerji və ekoloji texnologiyaların inkişafına töhfə verməkdir.