Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-130 üzrə binaların tikintisi işlərinə 9 099 651 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, tikinti işlərini “Ang” MMC görəcək.
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi və şirkət arasında müqavilə bağlanıb. Artıq işlərin icrasına başlanılıb.
Cabir
Tarix: 22 Sentyabr 2025, 16:47