AZ

Dünaynın ən zəngin ərəblərindən biri ABŞ-yə rekord sərmayə QOYUR

Misirin ən varlı insanı və dünyanın ən zəngin ərəblərindən biri Nassef Saviris ABŞ infrastrukturunun inkişafına 50 milyard dollara qədər sərmayə yatırmağı planlaşdırır.

Ölkə.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat verib.

Qəzetin məlumatına görə, biznesinin genişmiqyaslı restrukturizasiyası zamanı cənab Savirisə məxsus kimya şirkəti "OCI Global", onun atası Onsi Saviris tərəfindən 1950-ci illərdə təsis olunmuş ailəvi tikinti holdinqi "Orascom Construction" ilə birləşdiriləcək. Yeni şirkət BƏƏ-nin Əbu-Dabi şəhərində qeydiyyatdan keçəcək və ABŞ-də infrastruktur layihələrinə, o cümlədən data-mərkəzlərin və nəqliyyat terminallarının tikintisinə yönələcək.

Milyarder "FT"yə verdiyi müsahibədə dəqiqləşdirib ki, yeni biznes yalnız öz kapitalını deyil, həm də cəlb olunmuş tərəfdaş vəsaitlərini istifadə edəcək. Onlar bu vəsaitləri növbəti on il ərzində səhmlərə və borc alətlərinə yatırmağı planlaşdırırlar.

Həmidə İbrahimova

Seçilən
24
olke.az

1Mənbələr