İtaliyada meydanda futbol oynayan uşaqlara görə ailələrə cərimə yazıldı
Manset.az-ın məlumatına görə, İtaliyanın Murano adasında, yaşları 12–13 arasında olan 14 uşaq, ictimai meydanda futbol oynadıqları üçün polisə şikayət edilib.
Polis uşaqları saxlayaraq hər birinin ailəsinə 50 avro cərimə kəsib. Cərimə 60 gün ərzində ödənməzsə, məbləğ 500 avroya qədər arta bilər.
Valideynlər bu qərara etiraz edərək, meydanın qadağan olunmuş ərazilər siyahısında olmadığını bildiriblər. Yerli rəsmilər və keçmiş futbolçular da uşaqlara qarşı bu cür sərt tədbirləri tənqid ediblər.