AZ

Azərbaycanın quru sərhədləri niyə açılmır? Deputat danışdı

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Bununla yanaşı, ölkənin quru sərhədləri də 1 yanvar 2026-ci il tarixinə qədər bağlı qalacaq.

Milli Məclisin deputatı Razi Nurullayev AZXEBER.COM-a bildirib ki, quru sərhədlərin açılmaması ilə bağlı müddətin uzadılması dövlətin bildiyi, bizə məlum olmayan məsələlərlə bağlıdır:

"Amma bizə qarşı olan təhdidlərin araşdırılmasını istəyirəm. Bununla bağlı lazımi addımlar atılmalıdır ki, quru sərhədlərin açılması ilə bağlı konkret nəticə əldə edilsin. Ümid edirəm ki, tez bir zamanda dövlətimiz lazımi addımlar atacaq, ciddi araşdırmalar aparacaq. Çünki quru sərhədlərin bağlı qalması vətəndaşları narahat edir. Eyni zamanda, bu, ölkəmizin iqtisadiyyatına ziyan vurur”.

Parlamentari deyib ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti doğrudan da vəzifəsinin öhdəsindən şərəflə gəlir:

"Buna 44 günlük müharibə və sonrakı mərhələ də aiddir. İnanıram ki, sərhədçilər Azərbaycan sərhədlərini layiqincə qoruyaraq gələn təhlükələrin qarşısını almaq gücündədirlər. Bunun üçün insan resursları və texniki imkanlar kifayət qədərdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
azxeber.com

1Mənbələr