AZ

Mərkəzi küçədə sərxoş halda skuter sürən şəxs həbs edildi

Bakının mərkəzində sərxoş halda skuter sürərək ictimai asayişi pozan gənc məsuliyyətə cəlb edilib.

News24.az xəbər verir ki, hadisə Nizami küçəsinin “Fəvvarələr meydanı”ndan keçən hissəsində qeydə alınıb.

Polis əməkdaşları səhər saat 06 radələrində bir neçə nəfərin meydanda qışqıraraq danışdığını görüb və onlara yaxınlaşıb. Həmin şəxslərə qeyd edilən saatda səs-küy salmağın yolverilməz olduğu, həmçinin bu ərazinin skuter sürmək üçün təyin edilmədiyi deyilib.

Lakin həmin şəxslərdən 2000-ci il təvəllüdlü S.Balayev mübahisə edərək əməllərinə davam etməyə başlayıb. O, saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb və sərxoş halda olması müəyyən edilib.

Barəsində inzibati protokol tərtib edilən 25 yaşlı oğlana rayon məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs verilib. (Qafqazinfo.az) 


Seçilən
66
10
news24.az

10Mənbələr