Azərbaycan paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının ikinci günündə bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb.
İdmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulunda 58.17 nəticə ilə üçüncü yeri tutub.
Qeyd edək ki, R.Salei yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanmışdı.
“Formula 1”: Ferstappen ikiqat Bakı çempionudur!
Favorit yarışla erkən vidalaşdı
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
“Formula 2”: Krouford üstünlüyü qorudu
“Formula 2”də növbəti qəza