AZ

Bağlanmış bankların əmlakları hərraca çıxarılır

1,8 və 15 oktyabr da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların  balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Modern.az xəbər verir ki, oktyabrın 1-də “Texnikabank” ASC-nin balansındakı  Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A, C bloku, 3-cü mərtəbə, qapı-4 ünvanında yerləşən, ümumi sahəsi 252.6 kv.m olan qeyri-yaşayış sahəsi satışa çıxarılacaq. Daşınmaz əmlakın ilkin satış qiyməti 525 min manatdır.

Bundan başqa 8 oktyabrda satışa çıxarılacaq “NBCBank”a məxsus əmlak  Şamaxı rayonu, Məlhəm kəndində 0.12 ha torpaq sahəsində yerləşən, 464.20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evidir. İlkin satış qiyməti 200 min manatdır.

 “Qafqaz İnkişaf Bankı” ASC-yə məxsus əmlak isə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068-ci məhəllə, ev 2- yeni qaydalarla AZ1108, Bakı şəhəri, Binəqədi rayonu Əсəmi Naxçıvani küçəsi, 147A ünvanında yerləşən 1182.90 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsidir. Yaşayıs sahəsnin ilkin satış qiyməti 2 milyon 500 min manatdır.

“Bank Standard” KB-nin balansındakı  Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi 3-də istifadədə olan 0.1209 ha torpaq sahəsində yerləşən, 346.5 m2 ümumi, 318.3 m2 əsas, 28.2 m2 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 425 min manatdır.

“Kredobank” ASC-nin balansındakı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində istifadədə olan 0.2758 ha torpaq sahəsində yerləşən, 131 nömrəli, 5 mərtəbəli binada, ümumi sahəsi 66.2 m2 olan 2 otaqlı, 29 nömrəli mənzilin ilkin satış qiyməti 306 min manat təşkil edir.

“Texnikabank” ASC-nin balansındakı  Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 47, 49 ünvanında 2-ci zirzəmidə yerləşən, ümumi sahəsi 16.10 m2 olan 200 nömrəli qarajın ilkin satış qiyməti 34 min manatdır.

"Gəncə Bank"a məxsus Bərdə şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsindəki dəyəri 344 min manat olan 257,4 kv.metrlik qeyri-yaşayış binası, "Dəmir Bank"a məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayondakı dəyəri 680 min manat olan yarımçıq yaşayış binası, Göyçay şəhəri, Atatürk küçəsi, 77A ünvanındakı dəyəri 297 min manat olan 340 kv.metrlik qeyri-yaşayış binası, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 21 ünvanındakı dəyəri 680 min manat olan 641,2 kv.metrlik qeyri-yaşayış sahəsi,Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanındakı dəyəri 450 min manat olan 161,1 kv.metrlik qeyri-yaşayış sahəsi də həmin tarixdə satışa çıxarılacaq.

"Qafqaz İnkişaf Bankı"na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068-ci məhəllə, ev 2- yeni qaydalarla AZ1108, Bakı şəhəri, Binəqədi rayonu Əсəmi Naxçıvani küçəsi, 147A ünvanında ünvanındakı dəyəri 2,5 milyon manat olan 1 182,9 kv.metrlik qeyri-yaşayış sahəsi, "NBC Bank"a məxsus Şamaxı rayonu, Məlhəm kəndindəki dəyəri 200 min manat olan 0.12 ha torpaq sahəsində yerləşən 464,2 kv.metrlik fərdi yaşayış evi də qeyd olunan tarixdə isatışa çıxarılacaq.

Bundan başqa bir neçə hərrac isə 15 oktyabr tarixində baş tutacaq.

Bunlara:

“NBCBank” ASC-nin balansındakı İlkin satış qiyməti 500 min  manat olan   Bakı şəhəri, Azadlıq prospekti 81 ünvanında yerləşən 263.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və  ilkin satış qiyməti 2 milyon 300 min manat olan . Bakı şəhəri, Azadlıq prospekti 81 ünvanında yerləşən 281.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi,  “Yunayted Kredit Bank” ASC-nin balansındakı  ilkin satış qiyməti 800 min manat olan Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, 5A ünvanında yerləşən 154.40 m2 ümumi sahədən ibarət olan qeyri-yaşayış binası, "Atabanka" məxsus  ilkin satış qiyməti 490 min manat olan  Şamaxı şəhəri, Şəhriyar küçəsi, 22 ünvanında istifadədə olan, 0.014530 ha torpaq sahəsində yerləşən, 279.30 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası, “Texnikabank”a məxsus 357 min manat dəyərindəki Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 32A ünvanında istifadəde olan 0,0261 ha torpaq sahəsində yerləşən ü/s 278,90 kv.m olan qeyri-yaşayış binası, "Atabank"a məxsus 430 manat dəyərində eyni dəyərdə olan Şirvan şəhəri, Heydər Əliyev prospektində icarədə olan 0.55 ha torpaq sahəsində yerləşən, 6A nömrəli, 2 girişli, 314.7 m2 ümumi, 275.7 m2 əsas, 39 m2 köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası daxildir.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67

Seçilən
10
1
modern.az

2Mənbələr