AZ

Fatma Aksaldan Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA

“Zəngəzur dəhlizi ifadəsinin işlədilməsi Ermənistana qarşı ərazi iddiası kimi qiymətləndirilməməlidir”.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, bunu NATO Parlament Assambleyasının “Rouz-Rot” seminarı çərçivəsində jurnalistlərin suallarını cavablandıran Türkiyə nümayəndəsi Fatma Aksal (hakim Ədalət və İnkişaf Partiyasının deputatı - red.) yerli jurnalistlərin suallarına cavab olaraq bildirib.

O, Azərbaycan və Türkiyənin “Tramp marşrutu” ifadəsi əvəzinə Zəngəzur dəhlizi terminindən istifadəsinin Ermənistana qarşı ərazi iddiası kimi başa düşülüb-düşülməməsi ilə bağlı suala cavabında bunları deyib:

“Xeyr, bu, ərazi iddiası deyil. Mən bir şeyi demək istəyirəm: sülhdən heç kim uduzmayıb, müharibədən isə heç kim qalib çıxmayıb. Hökumətlərimiz arasında əlaqələr, dialoqlar, nazirliklər arasında münasibətlər çox vacibdir. Gəlin gözləyək və optimist olaq, mən özüm də optimistəm. Təfərrüatlara gəldikdə isə açıqlaya bilmirəm, çünki onları bilmirik”.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr