AZ

BMT-nin yeni Baş katibi qadın ola bilər

Hurriyyet.az "Blumberq" agentliyinə istinadla xəbər verir ki, BMT-nin yeni baş katibinin qadın olması ehtimalı yüksəkdir. Yeni Zelandiyanın keçmiş Baş naziri Casinda Ardern və Barbadosun indiki Baş naziri Mia Mottli də daxil olmaqla, bir neçə qadın bu vəzifə üçün mübarizə aparır.

Birləşmiş Millətlər Təşkilatının baş katibi tarixdə ilk dəfə qadın ola bilər. Hazırda bu vəzifə uğrunda 4-ü qadın olmaqla 5 nəfər mübarizə aparır.

Agentliyin məlumatına görə, bu vəzifəyə namizədlər arasında Yeni Zelandiyanın keçmiş Baş naziri Casinda Ardern, Barbadosun indiki Baş naziri Mia Mottli, BMT-nin insan hüquqları üzrə keçmiş komissarı Mişel Baçelet və BMT Baş katibinin müavini Əminə Məhəmməd var.

"Blumberq" yazır:  "BMT-yə rəhbərlik etmiş 9 nəfərin hamısı kişilərdir. Dəyişiklik çağırışları getdikcə daha ucadan səslənir. Bu ay qəbul edilən qətnamə BMT üzvlərini Baş katib vəzifəsinə namizədləri seçərkən qadınları "ciddi şəkildə nəzərə almağa" çağırır".

Bundan başqa, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi də Baş katib postuna iddialıdır. Onun namizədliyi İranın nüvə proqramı, DEI təşəbbüsləri və BMT-nin davamlı inkişaf məqsədlərinə dair mövqeyini bəyənən ABŞ tərəfindən dəstəklənə bilər.

BMT-nin indiki Baş katibi Antonio Quterreşdir. Onun səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Bu ayın əvvəlində Quterreş istefa vermək niyyətində olmadığını açıqlayıb.

Hürr Tərcüman

 

Seçilən
8
1
hurriyyet.az

2Mənbələr