AZ

Gürcüstanın Azərbaycandan təbii qaz alışına çəkdiyi xərc 6 % azalıb

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

 Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 139,8 milyon ABŞ dolları dəyərində təbii qaz alıb.

Bakıvaxtı.az-ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 % azdır.

Təkcə avqustda isə Gürcüstan Azərbaycandan 14,9 milyon ABŞ dolları dəyərində "mavi yanacaq" alıb. Bu, bir il əvvələ nisbətən 3 % azdır.

8 ay ərzində Gürcüstan xarici ölkələrdən 277,6 milyon ABŞ dolları dəyərində təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricidən 7,4 % çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 137,5 milyon ABŞ dolları, Çindən 152,3 min ABŞ dolları, İrandan 132,5 min ABŞ dolları, Belarusdan 28 min ABŞ dolları dəyərində təbii qaz tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 435,5 milyon ABŞ dolları dəyərində 2,315 milyard kubmetr təbii qaz alıb ki, bunun da 254,3 milyon ABŞ dolları dəyərində 1,664 milyard kubmetri Azərbaycanın payına düşüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
bakivaxti.az

2Mənbələr