AZ

Tramp TikTok-u təhvil alacaq amerikalı tərəfdaşları açıqladı

Tramp TikTok-u təhvil alacaq amerikalı tərəfdaşları açıqladı

ABŞ Prezidenti Donald Tramp məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən satılması və ya bağlanması gündəmdə olan sosial media platforması TikTok-u təhvil alacaq amerikalı konsorsiumda iştirak edəcək tərəfdaşları açıqlayıb.

Tramp dünən Fox News televiziyasına verdiyi müsahibədə bildirib ki, ABŞ-lı məlumatlar bazası proqram şirkəti Oracle-in təsisçisi və baş direktoru Lari Ellison, kompüter avadanlığı və texnologiya infrastrukturu istehsalçısı Dell-in təsisçisi və baş direktoru Mişel Dell, media qrupu News Corp-un təsisçisi və fəxri İdarə Heyətinin sədri Rupert Murdoç və ondan sonra qrupun rəhbərliyini üzərinə götürən oğlu Laçlan Murdoç TikTok-u təhvil alacaq konsorsiumda yer alacaq.

ABŞ Prezidenti deyib ki, mümkün tərəfdaşlar yaxşı tanınan insanlardır: "Larry Ellison onlardan biridir. O iştirak edəcək. Möhtəşəm bir insandır. Mişel Dell də iştirak edəcək. Bunu sizə demək istəməzdim, amma Laçlan adında bir adam da var. Və Rupert Murdoç da çox güman ki, qrupda olacaq".

Ağ ev sözçüsü Karolin Livit də Fox News-a açıqlamasında bildirib ki, ABŞ istifadəçilərinin məlumat təhlükəsizliyi Oracle-in rəhbərliyi ilə yaradılacaq 7 nəfərlik bir heyət tərəfindən nəzarət olunacaq və heyətdə 6 nəfər ABŞ-lı olacaq.

Livit əlavə edib ki, platformanın alqoritmi də ABŞ nəzarətində olacaq.

Seçilən
6
afn.az

1Mənbələr