AZ

İrəvanda olan azərbaycanlı ekspert “Qərbi Azərbaycan”dan danışdı –"Mədəni irslə məşğul olan QHT-dir"

“Azərbaycan Konstitusiyasında ərazi iddiası nəzərdə tutulmayıb, lakin Ermənistan Konstitusiyasına görə, Ermənistanın ərazi iddiaları var“.

AzPost bildirir ki, bunu İrəvanda səfərdə olan jurnalistlərə Topçubaşov Analitik Mərkəzinin direktor müavini, azərbaycanlı politoloq Murad Muradov deyib.

O qeyd edib ki, sülh müqaviləsinin imzalanmamasının yeganə səbəbi Azərbaycana qarşı Ermənistan Konstitusiyasında təsbit olunmuş ərazi iddiaları ola bilər.

Bakının “Qərbi Azərbaycan”a daim istinad etməsi ilə bağlı sualı cavablandıran Muradov cavab verib ki, “Qərbi Azərbaycan” dedikdə, bir-birinin regional bütövlüyünü qorumaq və hörmət etmək nəzərdə tutulur. “Bu, daha çox xalqın mənafeyinə xidmət edən və mədəni irslə məşğul olan QHT-dir. İnsanlar uzun illərdir bu ərazilərdə yaşayıblar və öz qohumlarının məzarlarını ziyarət etmək istəyirlər. Bu, daha çox mədəni irsin və xalqın maraqlarına xidmət edən bir konsepsiyadır”, – deyə o, izah edib.

AzPost.az

Seçilən
0
azpost.info

1Mənbələr